04 
Dek
2025
12:46
382

Starbucks Gürcüstan bazarına daxil olur

Starbucks Gürcüstan bazarına daxil olur.

InterPress.ge xəbər verir ki, məlumatı BMG eksklüziv olaraq yayıb.

Bildirilir ki, brendi ölkəyə Küveyt mənşəli Alshaya Group gətirir və Gürcüstandakı fəaliyyətə onların Türkiyə ofisi rəhbərlik edəcək.

Starbucks-ın rəsmi nümayəndələri artıq bir neçə dəfə Tbilisidə olublar və bu həftə ərzində brend tərəfi ilə yekun detalların razılaşdırılması gözlənilir.

İlkin mərhələdə Starbucks filiallarını Tbilisi, Kutaisi və Batumidə açacaq. Uzunmüddətli planda – təxminən 7-8 il ərzində – ölkə üzrə 50-yə yaxın filialın fəaliyyətə başlaması nəzərdə tutulur.

BMG-nin məlumatına görə, ilk filial Tbilisinin Vake rayonunda açılacaq və bunun 2026-cı ilin martında baş tutacağı planlaşdırılır. Eyni zamanda, Starbucks-ın “Tbilisi Outlet Village”də də fəaliyyət göstərməsi nəzərdə tutulur. Layihənin tərəfdaşı, “Georgian Outlets & Resorts Group”un həmtəsisçisi və idarəedici partnyoru Quga Canava BMG-yə açıqlamasında brendlə fəal danışıqların aparıldığını təsdiqləyib.

 

“Mən onların adından rəsmi təsdiq verə bilmərəm, lakin bizim tərəfdən deyə bilərəm ki, danışıqlar həqiqətən gedir. ‘Tbilisi Outlet Village’də bir filialın açılması müzakirə olunur. Brendin marağı hələ pandemiyadan əvvəl də vardı, lakin COVID prosesləri ləngitdi. Artıq təxminən 1 ildir ki, işlər davam edir.”-Canava bildirib.

Hazırda Starbucks qəhvəsinin Gürcüstanda hansı qiymətə satılacağı bilinmir.

Məlumat üçün bildirək ki, Starbucks ABŞ şirkətidir və baş ofisi Sietldə yerləşir. Dünyanın ən böyük qəhvə şəbəkəsi hesab olunan Starbucks-ın ilk filialı 30 mart 1971-ci ildə məhz Sietldə açılıb.

Bizimlə əlaqə saxlayın