05 
Dek
2025
23:21
362

“Gürcü Arzusu” nun keçmiş deputatı saxlanılıb

Batumi Şəhər Məhkəməsi “Gürcü Arzusu”nun keçmiş deputatı və veteran güləşçi Luka Kurtanidzeni ailə daxilində zorakılıq ittihamı üzrə təqsirli bilib.

InterPress.ge xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bununla belə, Kurtanidze əmlaka ziyan vurma, mülkiyyət hüququnun pozulması və qoruyucu orderin tələblərinin yerinə yetirilməməsi epizodları üzrə bəraət alıb.

Qərara əsasən, Kurtanidzenin cəza müddəti 27 iyuldan hesablandığından, artıq 5 ayını çəkib və penitensiar müəssisəni təxminən 2 aya tərk edəcək.

Vəkil məhkəmənin qərarı ilə razı olduqlarını bildirib:

“Məhkəmə onu Cinayət Məcəlləsinin 126-cı maddəsi üzrə təqsirli bildi və 7 ay azadlıqdan məhrumetmə cəzası təyin etdi. Ən ağır cəza digər, daha yüngül cəzaları özündə şümul etdi və yekun cəza 7 aylıq həbs kimi müəyyən olundu.”

Bizimlə əlaqə saxlayın