Parlament ali təhsilin maliyyələşməsi və qəbul sisteminə dair dəyişiklikləri üçüncü oxunuşda təsdiqlədi
Gürcüstan Parlamentinin 10 dekabr plenar iclasında ali təhsilin maliyyələşmə modeli və qəbul sisteminin dəyişdirilməsini nəzərdə tutan qanun dəyişikləri paketi üçüncü – yekun oxunuşda qəbul edilib.
InterPress.ge xəbər verir ki, hökumətin təşəbbüsü ilə hazırlanmış layihəni 79 deputat dəstəkləyib, 9 deputat isə əleyhinə çıxıb.
Yeni düzəlişlərə əsasən, qrant maliyyələşmə tamamilə ləğv olunur və qanunvericilikdən dövlət bakalavr və magistr qrantları ilə bağlı bütün müddəalar çıxarılır. Yeni modelə görə, hökumət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində bakalavr və magistratura pillələrində təhsil tam şəkildə dövlət tərəfindən – hökumətin müəyyən etdiyi qaydalar əsasında maliyyələşdiriləcək.
Qanun dəyişiklərinə uyğun olaraq:
Hökumət hər il təhsil, elm və gənclər nazirliyinin təqdimatı ilə dövlət universitetlərinə qəbul kvotalarını müəyyən edəcək. Bu həm milli və magistr imtahanları ilə, həm də imtahansız qəbul ediləcək tələbələrə şamil olunacaq.
Hökumət həmçinin universitetlərə həyata keçirmək icazəsi veriləcək təhsil proqramlarının siyahısını təsdiqləyəcək.
Ali təhsil sistemində istisna sahələrdən başqa 3+1+1 modeli tətbiq olunacaq:
3 il – bakalavriat (minimum 180 kredit),
1 il – magistratura (minimum 60 kredit).
Doktorantura proqramının müddəti isə ən azı 3 il olacaq və nəzərdə tutulan tədris komponentləri kreditləşdiriləcək.
Qanun dəyişikləri həmçinin onlayn universitet modelinin və standartlarının hazırlanması müddətinin 2028-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
Yeni maliyyələşmə və qəbul sistemi növbəti illərdən mərhələli şəkildə tətbiq olunacaq.


