İki nəfərin bıçaqlanmasında şübhəli bilinən Türkiyə vətəndaşı saxlanıldı
Acarada polis əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1980-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı A.T.-ni cinayətdən dərhal sonra yaxalayıb.
InterPress.ge xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqın ilkin versiyasına əsasən, Batumidə baş verən mübahisə zamanı A.T. tanışları – 1988-ci il təvəllüdlü M.V.-ni və 1981-ci il təvəllüdlü F.O.-nu soyuq silahla bədənlərinin müxtəlif nahiyələrindən yaralayıb.
Hər iki yaralı dərhal tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Şübhəli şəxs cinayətdən sonra isti izlərlə saxlanılıb. Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır və bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


