Dünyada yumurtanın qiymətləri: Gürcüstan qiymət reytinqində neçənci yerdədir?
12 ədədlik standart yumurta qablaşdırması dünyada ən bahalı şəkildə İsveçrədə satılır və orta qiymət 7,67 dollar təşkil edir. Ən ucuz yumurta isə Hindistanda mövcuddur – 12 ədəd yumurta cəmi 0,92 dollara əldə edilir.
InterPress.ge xəbər veri ki, bu barədə Numbeo-nun qlobal qiymət müqayisə reytinqində qeyd olunub.
Reytinq Gürcüstanın qonşu ölkələrindəki qiymətləri də müqayisə edir və məlum olur ki, bölgədə yumurta ən bahalı Gürcüstandadır. 101 ölkə arasında Gürcüstan 62-ci yeri tutur və burada bir qab (12 ədəd) yumurtanın orta qiyməti 2,43 dollardır.
2,14 dollarlıq orta qiymətlə Türkiyə 70-ci yerdə qərarlaşıb. Daha sonra 1,71 dollarlıq qiymətlə Rusiya gəlir və reytinqin 84-cü pilləsində qərarlaşıb. Regionda yumurta ən ucuz Azərbaycandadır — burada 12 ədəd yumurta 1,5 dollara satılır və ölkə 94-cü yerdə qərar tutur. Qeyd edilir ki, bu dəfə Ermənistan siyahıda yer almayıb.
Numbeo-nun məlumatına görə, yumurta ən bahalı aşağıdakı ölkələrdədir:
İsveçrə – 7,67 dollar
Yeni Zelandiya – 6,29 dollar
Puerto-Riko – 5,49 dollar
Danimarka – 5,09 dollar
Niderland – 4,99 dollar
Yumurtanın ən ucuz olduğu ölkələrin ilk beşliyi isə belədir:
Hindistan – 0,92 dollar
İran – 1,10 dollar
Banqladeş – 1,17 dollar
Pakistan – 1,19 dollar
Liviya – 1,33 dollar


