16 
Dek
2025
10:45
207

ABŞ Prezidenti Donald Tramp BBC-yə qarşı məhkəmə iddiası qaldırıb və kompensasiya olaraq 10 milyard dollar tələb edir

Florida məhkəməsinə təqdim olunan iddiaya əsasən, Donald Tramp BBC-ni böhtan atmaqda və ticarət praktikasına dair qanunvericiliyi pozmaqda ittiham edir. ABŞ prezidenti hər bir ittiham üzrə 5 milyard dollar olmaqla, ümumilikdə 10 milyard dollar məbləğində təzminat tələb edib.

Trampın hüquqi komandası BBC-ni prezidentin çıxışını “qəsdən, qərəzli və aldadıcı şəkildə” dəyişdirməkdə günahlandırıb. İddiada qeyd olunur ki, media qurumu Trampın sözlərini təhrif edərək onu heç vaxt səsləndirmədiyi fikirlərlə əlaqələndirib.

Məhkəmə iddiası ilə bağlı BBC hələlik rəsmi açıqlama verməyib.

Məlumata görə, söhbət BBC-nin yayımladığı sənədli filmdən gedir. Televiziya şirkətinin öz etirafına əsasən, həmin film tamaşaçıları yanlış yönləndirib. Britaniyanın “Telegraph” nəşrinin əldə etdiyi BBC-yə məxsus daxili sənədə görə, sənədli filmdə Donald Trampın çıxışının iki fərqli hissəsi montaj edilərək birləşdirilib və bu, onun guya Kapitoliyə hücum çağırışı etməsi kimi təqdim olunub. Redaktə edilmiş versiyada Trampın “Kapitoliyə gedəcəyik və sona qədər mübarizə aparacağıq” dediyi göstərilib.

Qalmaqal fonunda BBC-nin baş direktoru Tim Deivi və xəbər xidmətinin icraçı direktoru Debora Törnes tutduqları vəzifələrdən istefa veriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər