18 
Dek
2025
10:37
450

Mütəxəssis xəbərdarlıq edir: Yeni il ərəfəsində ən çox at əti satılır

Yeni il dövründə ən çox realizə olunan məhsullardan biri at ətidir.

InterPress.ge xəbər veri ki, bu barədə “Radio Palitra”nın “Sizin vaxtınız” verilişində qida təhlükəsizliyi üzrə mütəxəssis İrakli Arabuli məlumat verib və istehlakçıların məhsul alarkən nələrə diqqət etməli olduqlarından danışıb.

Onun sözlərinə görə, at əti zahiri görünüşünə görə ən çox mal ətinə bənzədiyindən, məhz mal əti adı altında satışa çıxarılır. Arabuli vurğulayıb ki, mal əti ilə at ətini dəqiq şəkildə fərqləndirmək yalnız laborator müayinələr vasitəsilə mümkündür. Bu səbəbdən istehlakçılar yalnız möhürlənmiş və yoxlanılmış ət məhsullarını almağa üstünlük verməlidirlər.

Mütəxəssis qeyd edib ki, il ərzində at ətinin satışında ən böyük artım məhz yeni il ərəfəsində müşahidə olunur. Onun sözlərinə görə, satıcı məhsulu açıq şəkildə at əti kimi təqdim edərsə, onu alan olmayacaq və buna görə də ət əsasən mal əti adı ilə satılır. Arabuli bunu açıq saxtakarlıq adlandırıb və bunun birbaşa istehlakçı hüquqlarının pozulması, eyni zamanda cinayət məsuliyyəti daşıdığını bildirib.

İrakli Arabuli əlavə edib ki, adi istehlakçı üçün ətin at, yoxsa mal əti olduğunu ayırd etmək demək olar ki, mümkünsüzdür. Bəzi əlamətlər, məsələn qabırğa quruluşu ilə bağlı fərqlər göstərilsə də, bu hissə hər zaman satışda olmur və belə fərqləri yalnız çox təcrübəli baytarlar müəyyən edə bilər. Yüz faiz dəqiqliklə nəticə yalnız laboratoriyada əldə olunur. Onun sözlərinə görə, əgər ətin üzərində rəsmi möhür varsa, 99 faiz hallarda bu, at əti olmur, çünki möhürü vuran dövlət baytarı at əti adı altında mal ətinin satışına icazə vermir.

Mütəxəssis sonda vurğulayıb ki, ət və ümumilikdə tez xarab olan məhsullar yalnız təşkil olunmuş ticarət obyektlərindən alınmalıdır. Yuyulması mümkün olan və nisbətən az risk daşıyan digər məhsullar isə alternativ satış yerlərindən əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın