18 
Dek
2025
12:37
437

Marneulidə zorakılıq törətməkdə axtarışda olan şəxs saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə axtarışda olan, 1998-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, həmin şəxs cari ilin 23 oktyabr tarixindən etibarən axtarışda olub.

İstintaqla müəyyən edilib ki, E.A. bu ilin 14 sentyabr tarixində Marneulidə yerləşən restoranlardan birində birlikdə olduğu şəxsə fiziki zor tətbiq edib, ona sağlamlıq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə təqsirləndirilən şəxsin kimliyini müəyyən edərək ona qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlayıblar.

Törədilmiş cinayətə görə Marneuli Rayon Məhkəməsi tərəfindən E.A. barəsində qiyabi qaydada azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın