Zurab “Girçi” Caparidze 7 aylıq həbsdən sonra azadlığa buraxılıb
“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən biri Zurab “Girçi” Caparidze yeddi aylıq həbsdən sonra Rustavi həbsxanasını tərk edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Caparidzenin “Facebook” səhifəsində paylaşılıb.
Paylaşımda bildirilir ki, Zurab Caparidze azadlığa buraxılıb və Penitensiar Xidmət onu nəzərdə tutulmuş müddətdən əvvəl sərbəst buraxaraq Rustavi həbsxanasından çıxmasına imkan verib.
Qeyd edək ki, Zurab “Girçi” Caparidze mayın 22-də məhkəmə iclası zalında saxlanılmışdı. O, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılsa da, iclasa qatılmamışdı. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülmüşdü. Sözügedən maddə parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsini nəzərdə tutur.


