24 
Dek
2025
10:53
1130

Marneulidə mübahisəsi bıçaqlanma ilə nəticələndi

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1957-ci il təvəllüdlü M.S.-ni sağlamlığa qəsdən yüngül zərər vurma ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

İstintaqla müəyyən edilib ki, M.S. öz avtomobili ilə Marneuli rayonunun kəndlərindən birində dayanmış, 1971-ci il təvəllüdlü O.M.-yə məxsus avtomobilə çırpılıb. Hadisə tərəflər arasında mübahisəyə səbəb olub. Qarşıdurma zamanı şübhəli şəxs kəsici-deşici alətdən istifadə edərək İ.M.-nin boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləri nəticəsində M.S. isti izlərlə saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır. Sözügedən maddə iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın