24 
Dek
2025
21:15
210

DTX-nin keçmiş rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib

Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili barəsində qətimkan tədbiri kimi həbs qərarı çıxarıb.

InterPress.ge xəbər verir ki, qərarı hakim Arsen Kalatozişvili qəbul edib.

İş üzrə məhkəməyəqədər iclas 16 fevral tarixində saat 12:00-a təyin olunub. Bu gün keçirilən məhkəmə iclası ittiham tərəfinin vəsatəti əsasında qapalı keçirilib. Prosesdə təqsirləndirilən Qriqol Liluaşvili iştirak etməyib.

Qeyd edək ki, prokurorluqda dindirilməyə çağırılan DTX-nin sabiq rəhbəri Qriqol Liluaşvili 23 dekabr tarixində saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi və 3-cü hissəsinin “e” bəndi ilə ittiham irəli sürülüb. Sözügedən maddələr qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın