Gürcüstan Pravoslav Kilsəsi Katolikos-Patriarx İliya II-in intronizasiya gününü qeyd edir
Bu gün Gürcüstan Pravoslav Kilsəsi bütün Gürcüstanın Katolikos-Patriarxı İliya IIin taxta çıxmasının – intronizasiya gününün ildönümünü qeyd edir.
InterPress.ge xəbər verir ki, bununla bağlı məlumatı Dini Məsələlər üzrə Dövlət Agentliyi yayıb
Agentliyin açıqlamasında bildirilir ki, Gürcüstan Patriarxının fəaliyyəti son dərəcə mürəkkəb bir dövrə təsadüf edib və o, müstəqil Gürcüstan tarixində Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpasında ölçüyəgəlməz töhfə verib.
Məlumatda qeyd olunur ki, Dini Məsələlər üzrə Dövlət Agentliyi XX–XXI əsrlərin görkəmli dini lideri və ictimai xadimi, bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta–Tbilisi arxiyepiskopu, Biçvinta və Tsxum-Abxaziya mitropoliti İliya II-ni intronizasiya günü münasibətilə böyük hörmət və ehtiramla təbrik edir. Agentlik Patriarxa ölkə və xalq naminə uzun ömür, möhkəm cansağlığı və mənəvi güc arzulayıb.


