Sürücülük imtahanı verməli olan şəxslərin nəzərinə...
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin struktur bölmələri 2026-cı il yanvarın 1-dən 4-dək fəaliyyət göstərməyəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat verib.
Rəsmi açıqlamaya əsasən, sürücülük vəsiqəsi almaq üçün praktiki imtahanın birinci mərhələsinə (meydança) buraxılmanın 30-cu günü 2026-cı il yanvarın 1–4 tarixlərinə təsadüf edən şəxslərə yalnız bir dəfə imtahan vermək imkanı təqdim olunacaq. Həmin şəxslər bu hüquqdan yanvarın 5-dən 9-dək istifadə edə biləcəklər.
Bundan əlavə, dövlət nömrə nişanlarını saxlanma və ya rezervasiya edən və bu müddət ərzində saxlanma vaxtı başa çatan vətəndaşlar üçün müddət avtomatik olaraq yanvarın 5-dək uzadılacaq.
Məlumatda qeyd olunur ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin son günü 2026-cı il yanvarın 1–4 tarixlərinə düşən şəxslərə cərimə sanksiyası tətbiq edilməyəcək və son tarix yanvarın 5-i hesab olunacaq.
Eyni zamanda, 1, 2 və ya 3 yanvar tarixlərində arayışların (apostil və ya leqallaşdırma) verilməsi nəzərdə tutulan şəxslər sənədlərini yanvarın 5-də ala biləcəklər. Digər hallarda isə arayışların hazırlanma müddəti qanunvericilikdə müəyyən edilmiş ümumi qaydalara uyğun hesablanacaq.
Xidmət Agentliyi vətəndaşlara planlaşdırmalarını bu məlumatları nəzərə alaraq etməyi tövsiyə edir.


