28 
Dek
2025
14:08
836

Marneulidə iki nəfər saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları narkotik cinayətləri və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar. Saxlanılan şəxslər 1968-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.K. və 1977-ci il təvəllüdlü R.X.-dir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Rəsmi məlumata görə, Marneuli bələdiyyəsi ərazisində təqsirləndirilən şəxslərin yaşayış evləri və köməkçi tikililərində aparılan axtarışlar zamanı ümumilikdə 2,5 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Aparılan istintaq hərəkətləri nəticəsində C.K.-yə məxsus yaşayış evindən, həmçinin qeydiyyatsız ov tüfəngi və odlu silah tapançası da aşkar edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələrinin birinci və üçüncü hissəsinin “a” bəndləri ilə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın