29 
Dek
2025
17:54
238

Azyaşlını zorlayan şəxslər saxlanılıb

Gürcüstan Prokurorluğu azyaşlının zorlanması faktı ilə bağlı iki nəfərə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər aciz vəziyyətdə olan azyaşlını zorlayıblar. Hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər dekabrın 27-də saxlanılıblar.

Məlumata əsasən, saxlanılan şəxslərdən birinə Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin birinci hissəsi (zorlanma) üzrə ittiham irəli sürülüb ki, bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Digər şəxsə isə Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin “g” bəndi (qabaqcadan bilə-bilə azyaşlının zorlanması) üzrə ittiham verilib və bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslər barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər