12 
Yan
2026
12:22
225

Quram Maçaraşvili: “Vahid Milli Hərəkat”ın sonu çatıb – bu batmış gəmidə kimin kapitan olmasının artıq əhəmiyyəti yoxdur

“Xalqın Gücü” hərəkatının deputatı Quram Maçaraşvili, “İmedi” telekanalının “Vahid Milli Hərəkat”da daxili qarşıdurma yaşandığı və partiya sədrinin postunda Tina Bokuçavanın Levan Sanikidze ilə əvəzlənəcəyi barədə yaydığı məlumata münasibət bildirib.

Quram Maçaraşvilinin sözlərinə görə, “Vahid Milli Hərəkat” artıq faktiki olaraq dəstəkdən məhrumdur və partiya üçün “qaçılmaz son prosesi” başlayıb. Onun ifadə etdiyi kimi, bu mərhələdə batmış bir gəmidə kimin kapitan olmasının ciddi əhəmiyyəti yoxdur.

Deputat qeyd edib ki, onun namizədliyinin həmin partiyada müzakirə olunması mümkün deyil və bu proses nə hakimiyyətin, nə də cəmiyyətin qalan hissəsinin maraq dairəsindədir. Maçaraşvilinin fikrincə, “Vahid Milli Hərəkat”da gedən proseslər hər kəsə yaxşı məlumdur və partiya təkcə hüquqi baxımdan deyil, praktik olaraq da artıq dəstəkçilərini itirib.

O, müxalifətin mövcud resursları ilə bağlı sualı cavablandırarkən bildirib ki, müxalifət nümayəndələri özləri də siyasi fəaliyyətlərinin başa çatdığını etiraf edirlər. Maçaraşvilinin sözlərinə görə, reytinqi və resursu olmayan, siyasi baxımdan “sudan çıxmış” bu qüvvələr haqqında artıq əlavə şərhə ehtiyac yoxdur.

Deputat vurğulayıb ki, müxalifətin bugünkü vəziyyəti onların illərdir apardığı anti-Gürcüstan siyasətinin nəticəsidir və “Gürcüstan üçün nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır” yanaşması bu gün “Vahid Milli Hərəkat”ın sıfıra yaxın reytinqinin əsas səbəbidir.

Bizimlə əlaqə saxlayın