15 
Yan
2026
22:13
118

Almaniya kansleri: Uzunmüddətli perspektivdə Rusiya ilə münasibətlərin balanslaşdırılması mümkündür

 

Biznes liderləri ilə keçirilən qəbulda çıxış edən Almaniya kansleri Fridrix Merts uzunmüddətli perspektivdə Rusiya ilə münasibətlərin balanslaşdırılmasının yenidən mümkün ola biləcəyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

“Rusiya Avropa ölkəsidir”, – deyə Almaniya hökumətinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, əgər uzunmüddətli perspektivdə Rusiya ilə münasibətlərdə balans tapmaq mümkün olarsa, əgər sülh bərqərar olarsa və azadlıq təmin edilərsə, bu məqsədlərə nail olunduğu təqdirdə həm Avropa İttifaqı, həm də Almaniya Federativ Respublikası növbəti ciddi sınaqdan uğurla çıxmış olacaq.

Merts qeyd edib ki, məhz bu şərtlər daxilində münasibətlərin normallaşdırılması perspektivi müzakirə oluna bilər.

Bizimlə əlaqə saxlayın