DTX Antikorrupsiya Xidmətinin əməkdaşının ölümü ilə bağlı ilk rəsmi açıqlama verilib
Dövlət Təhlükəsizliyi Xidməti qurumun Antikorrupsiya Xidmətinin əməkdaşının ölümü ilə bağlı ilk rəsmi açıqlamasını verib.
InterPress.ge xəbər verir ki, DTX-dən bildirilib ki, mərhuma odlu silahla yetirilmiş güllə yarası dəyib.
Hadisənin intihar olub-olmaması ilə bağlı suala cavab olaraq qurumda qeyd edilib:
“İlkin versiyaya əsasən və hazırda aydın görünən məqam ondan ibarətdir ki, bu, intihardır.”
DTX-nin açıqlamasında bildirilib ki, mərhum Antikorrupsiya Agentliyinin çox ləyaqətli və seçilən əməkdaşı olub və kollektiv tərəfindən sevilib.
“Bizə məlum olan ilkin məlumatlara görə, o, bir neçə ay əvvəl xaricdə bariatrik əməliyyat keçirib, onlarla kiloqram çəki itirib və bunun fonunda səhhətində problemlər yaranıb.
Əməkdaşlardan əldə etdiyimiz məlumata əsasən, o, bu gün işə adi vaxtdan tez gəlib, ehtimal ki, xidməti silahını götürüb, xidmət ərazisini tərk edib və sonradan öz avtomobilində odlu silahla yetirilmiş güllə yarası ilə ölü tapılıb. Avtomobilin ön oturacağında isə məktub qoyub. Hazırda bizim bildiyimiz ilkin məlumatlar bunlardır”, – deyə Dövlət Təhlükəsizliyi Xidmətində bildirilib.


