30 
Yan
2026
15:19
188

Beynəlxalq Əmək Təşkilatı: Gürcüstanda işsizlik səviyyəsi 2024-cü ildə 8 faizə enib

Beynəlxalq Əmək Təşkilatı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri indikatoru üzrə qlobal işsizlik göstəricilərini yeniləyib. Araşdırma işçi qüvvəsi sorğusunun nəticələrinə əsaslanır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Əmək Təşkilatı tərəfindən açıqlanıb.

Yenilənmiş qiymətləndirməyə görə, Gürcüstanda işsizlik səviyyəsi 2022-ci ildə 10,2 faizə enib, 2023-cü ildə 9,6 faiz təşkil edib, 2024-cü ildən etibarən isə 8 faizə bərabər olub. Bu göstərici Gürcüstan üçün XXI əsrdə qeydə alınmış yeni tarixi minimum hesab olunur.

Məlumata görə, XXI əsrdə Gürcüstanda işsizliyin ən yüksək səviyyəsi 2010–2012-ci illərdə müşahidə olunub və 20 faizə çatıb. 2012-ci ildən sonra isə işsizlik səviyyəsi 2,5 dəfə azalıb və XXI əsrdə ilk dəfə olaraq birrəqəmli göstəriciyə düşüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər