Marneulidə İnterpolun qırmızı bülleteni ilə axtarılan şəxs saxlanıldı - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Aşağı Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikasının vətəndaşını saxlayıblar. Saxlanılan şəxs 1986-cı il təvəllüdlü M.İ.-dir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumatına görə, M.İ. Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə cinayətinə görə axtarışda olub.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində M.İ.-ni Marneuli şəhərində saxlayıblar. Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları davam etdirilir.


