Tenqiz Çerçvadze vəzifəsində qalır
Yoluxucu Xəstəliklər, QİÇS və Klinik İmmunologiya Elmi-Praktik Mərkəzinin direktoru Tenqiz Çerçvadze vəzifəsində qalır.
InterPress.ge xəbər verir ki, Mərkəzin mətbuat xidməti Qoqa Beridze bu barədə mediaya açıqlama verib.
Mətbuat xidmətindən verilən məlumata görə, Tenqiz Çerçvadze öhdəliyinə düşən vəzifələrini yerinə yetirməyə davam edəcək. Bundan əlavə, Tenqiz Çerçvadze bu gün Acarıstana səfər etməyi planlaşdırır.
Onun sözlərinə görə, Tenqiz Çerçvadze heç vaxt parlamentə daxil olmaq və hər hansı bir vəzifə tutmaq istəyində olmayıb.
"Cənab Tenqiz Çerçvadze Yoluxucu Xəstəliklər Xəstəxanasının Baş direktoru vəzifəsində qalır və öhdəliyinə düşən vəzifələrini davam etdirəcək. Bundan əlavə o, Acarıstana səfər edəcək. O yenədə Gürcü Arzusunun fəal tərəfdarı olaraq qalacaq. Bununla birlikdə, əminliklə deyə bilərəm ki, Tenqiz Çerçvadze heç vaxt parlamentə daxil olmaq və hətta onun parlamentin spikeri vəzifəsini tutmaq istəyi olmayıb", - dedi Qoqa Beridze.
Mətbuat xidmətinin məlumatına görə, Çerçvadzenin məsələ ilə bağlı səlahiyyətlilərlə hər hansı bir əlaqəsi olub-olmadığı barədə məlumatı yoxdur.
Eyni zamanda, Qoqa Beridze, Tenqiz Çerçvadzenin istefa məsələsinə toxunmadığını qeyd edir.
"Onun Baş nazirlə və ya səlahiyyətlilərlə görüşü barədə məlumatım yoxdur. Cənab Tenqizlə telefonla 2 dəfə danışmışam və mənə saat 7-yə qədər işdə olacağını söylədi. Bu barədə həqiqətən heç bir məlumatım yoxdur. Bir yerdə olduq və gələcək planlar barədə danışdıq, ancaq onun istefası barədə heç nə danışmamışıq", - dedi Qoqa Beridze.
Məlumat üçün bildirək ki, dünən KİV Yoluxucu xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktik Mərkəzinin direktoru Tenqiz Çerçvadzenin istefa verdiyini yaymışdı.


