14 
Fev
2026
21:53
200

Qudauri–Kobi hissəsində qoşqulu avtomobillərin hərəkəti bərpa olunub

 

Beynəlxalq əhəmiyyətli Mçxeta–Stepantsminda–Lars avtomobil yolunun Güdauri (Poçta)–Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta–Güdauri və Güdauri (Poçta)–Kobi hissələrində nəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək. Güdauri (Poçta)–Kobi hissəsində isə hərəkət yalnız qar uçqununa qarşı tunellər vasitəsilə mümkündür.

Qeyd olunur ki, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin, eləcə də M3 kateqoriyasına aid (sürücü yeri istisna olmaqla 8-dən çox oturacaq yeri və 5 tondan artıq tam kütləsi olan) sərnişindaşıma vasitələrinin tunellərdə hərəkəti birtərəfli qaydada təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın