Parlament qarşısında etiraz aksiyası keçirilir
Tbilisinin Rustaveli prospektində etiraz aksiyası yenidən bərpa olunub.
InterPress.ge xəbəd verir ki, parlament binası qarşısında toplaşan etirazçılara üç ayrı etiraz yürüşünün iştirakçıları da qoşulub.
Onlar qanunverici orqanın qarşısına birləşmiş yürüşlə gəliblər.
Əvvəlcə yürüş iştirakçılarının bir qismi İran xalqına dəstək məqsədilə İran səfirliyi qarşısında toplaşıb. Daha sonra onlar yürüşlə İlia Dövlət Universitetinə gedərək orada toplaşanlara qoşulublar. Universitet qarşısında olanlar təhsil sistemində planlaşdırılan islahatlara etiraz edirlər. Daha sonra etirazçılar Filarmoniya binasına doğru hərəkət ediblər və buradan ənənəvi “Şənbə marşı”nın iştirakçıları ilə birlikdə parlamentə doğru yürüş ediblər.
Parlament qarşısında davam edən aksiyanın əsas tələbləri dəyişməz olaraq qalır – yeni parlament seçkilərinin təyin edilməsi və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması.


