27 
Avq
2026
11:30
232

Ağır yol qəzası baş verdi - Bir nəfər ölüb, dörd yeniyetmə xəsarət alıb

Ozurqeti bələdiyyəsinin Şemokmedi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yeniyetmə xəsarət alıb. Onlardan biri klinikaya aparılarkən həyatını itirib.

InterPress.ge xəbər verir ki, “Medalfa” klinikasından bildirilib ki, hazırda 4 yeniyetmə stasionar müalicədədir.

Həkimlərin sözlərinə görə, yaralıların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

“Bir nəfər həyatla uyğun olmayan xəsarətlər aldığı üçün dünyasını dəyişib. Dörd yeniyetmə isə klinikada qalır və onların vəziyyəti orta ağır kimi qiymətləndirilir”, – deyə “Medalfa” klinikasından bildirilib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Maddə nəqliyyat vasitəsinin hərəkəti zamanı yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın