02 
Okt
2020
10:43
935

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır - YENƏ REKORD

Gürcüstanda koronavirusa 453 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 7093 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 295 nəfər artaraq, 3714 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5392 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bizimlə əlaqə saxlayın