Ölkə ərazisində günəşli hava bu tarixdək davam edəcək- PROQNOZ
21-22 fevral tarixlərində ölkə ərazisində nisbətən isti və əsasən yağıntısız hava şəraiti gözlənilir. Fevralın 23-də isə əksər bölgələrdə yağış yağacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə bəzi yerlərdə qar yağacaq və hava temperaturu aşağı düşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat verib.
Məlumata əsasən, Tbilisidə əsasən yağıntısız hava olacaq, gündüz temperatur +13, +15 dərəcə təşkil edəcək.
Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Potidə 21 fevralda yağıntı gözlənilmir. Fevralın 22-də günün ikinci yarısında, 23-də isə yağış yağacağı ehtimal olunur. Havanın temperaturu 21-22 fevralda gündüz saatlarında +20, +22 dərəcə olacaq, 23 fevralda isə +12, +14 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə 21 fevral yağıntısız keçəcək. 22 fevral günün ikinci yarısından başlayaraq və 23 fevralda yağış gözlənilir. Temperatur 21-22 fevralda +19, +21 dərəcə, 23 fevralda isə +11, +13 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında 21 fevral yağıntısız keçəcək, 22 fevralın ikinci yarısında və 23 fevralda yağış yağacağı gözlənilir. Temperatur 21-22 fevralda +13, +15 dərəcə, 23 fevralda isə +7, +9 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında – Mestia və Baxmaroda 21-22 fevralda əsasən yağıntısız hava olacaq, 23 fevralda isə qar yağacağı proqnozlaşdırılır. Temperatur 21-22 fevralda +10, +12 dərəcə, 23 fevralda isə +2, +4 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Çinvalidə 21 fevral yağıntısız keçəcək, 22-23 fevralda bəzi yerlərdə yağış gözlənilir. Gündüz temperatur +13, +15 dərəcə olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda 21 fevral yağıntısız hava olacaq, 22-23 fevralda bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Temperatur gündüz saatlarında +14, +16 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axalçixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə 21 fevral yağıntısız keçəcək, 22-23 fevralda bəzi yerlərdə yağış gözlənilir. Temperatur gündüz +12, +14 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında – Axalkalaki, Zalkа, Bakuriani, Qudauri və Omalo ərazilərində 21 fevral yağıntısız keçəcək, 22-23 fevralda isə bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz temperatur +4, +6 dərəcə təşkil edəcək.


