Litvaniyanın XİN başçısı: Gürcüstanda vəziyyətin pisləşməsi narahatlıq doğurur
Litvanın xarici işlər naziri Kestutis Budris Gürcüstanda vəziyyətin pisləşməsinin narahatlıq doğurduğunu bildirib.
InterPress.ge xəbər verir ki, Budris bu barədə Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Gürcüstanda “xarici agentlər haqqında qanun”un sui-istifadə edilməsi ölkədə demokratiyanın vəziyyəti ilə bağlı ciddi narahatlıq yaradır.
Litvalı nazir bildirib ki, bu məsələni həmkarları ilə birlikdə müzakirə etməyi gözləyir və vəziyyətlə bağlı hansı addımların atıla biləcəyini nəzərdən keçirəcəklər.
“Xarici agentlər haqqında qanun”un sui-istifadəsi Gürcüstanda demokratiyanın vəziyyəti ilə bağlı həqiqətən dərin narahatlıq doğurur. Bu məsələ ilə bağlı həmkarlarımla birlikdə nə edə biləcəyimizi müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – deyə Kestutis Budris qeyd edib.


