20 
Mar
2026
23:23
266

Sabah Tbilisidə nəqliyyatın hərəkətinə geniş məhdudiyyətlər tətbiq ediləcək

Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar martın 21-də Tbilisidə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Tbilisi meriyasının birgə məlumatında bildirilib.

Məlumata görə, məhdudiyyətlər həm şəxsi avtomobillərə, həm də ictimai nəqliyyata şamil olunacaq.

Belə ki, martın 21-də saat 15:00-dan 00:00-dək aşağıdakı istiqamətlər üzrə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq: Azadlıq meydanı, Şalva Dadiani küçəsi (hərəkət istiqaməti dəyişdiriləcək), Rustaveli prospekti (Azadlıq meydanından Respublika meydanına qədər), Rustaveli prospektinə birləşən bütün küçələr, Metexi körpüsü və Avropa meydanı, Baratashvili körpüsü və Baratashvili enişi, Ketevan Dedofali prospekti (Metexi mehmanxanasından “Avlabari” metro stansiyası istiqamətində), həmçinin Avlip Zurabaşvili, Telavi, Tsurtsumia küçələri və Axvlediani meydanı.

Bu müddət ərzində sürücülər alternativ marşrutlardan istifadə edə biləcəklər. Belə ki, Sololakidən hərəkət edən avtomobillər Asatiani küçəsi vasitəsilə Qorqasali küçəsi istiqamətində yönləndiriləcək. Yuxarı Vera istiqamətindən gələn nəqliyyat Barnovi küçəsi ilə Dairəvi bağ istiqamətinə, həmçinin Melikişvili prospektinə çıxış əldə edəcək. Kote Afxazi küçəsindən gələn avtomobillər Şalva Dadiani küçəsinə yönləndiriləcək, Lermontov və Maçabeli küçələri vasitəsilə Leonidze küçəsinə çıxaraq hərəkəti Sololaki istiqamətində davam etdirəcəklər.

Ketevan Dedofali prospektində hərəkət edən nəqliyyat “Şeraton Metexi Palas” hotelinədək hərəkət edə biləcək, daha sonra isə Boçormi küçəsi vasitəsilə SOCAR-ın mərkəzi ofisi istiqamətinə yönləndiriləcək.

Eyni zamanda, Sameba kafedral məbədinin ətraf küçələrində artıq qüvvədə olan məhdudiyyətlər də saxlanılır.

Daxili İşlər Nazirliyi və Tbilisi meriyası vətəndaşlara zəruri hallar istisna olmaqla şəxsi avtomobillərdən istifadə etməməyə çağırış edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər