21 
Mar
2026
13:08
201

Putin: Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır

Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə yaydığı bəyanatda ölkəsinin İran üçün etibarlı tərəfdaş olaraq qaldığını bildirib.

InterPress.ge xəbər verir ki, Putin bu münasibətlə İranın ali lideri Müctəba Xameneini və İran prezidenti Məsud Pezeşkianı təbrik edib.

Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti İran xalqına “çətin sınaqları ləyaqətlə aşmağı” arzulayıb.

“Bu çətin dövrdə Moskva Tehran üçün sadiq dost və etibarlı tərəfdaş olaraq qalır”, – deyə Putinin bəyanatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın