24 
Mar
2026
21:53
424

Gürcüstan müsəlman icması II İliyanın dəfn məkanını ziyarət edib

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın Sioni Patriarxlıq Məbədində yerləşən dəfn məkanı Gürcüstanın müsəlman icması tərəfindən ziyarət olunub.

InterPress.ge xəbər verir ki, ziyarət çərçivəsində Gürcüstan Patriarxlıq taxtının canişini, mitropolit Şio Muciriyə II İliyanın vəfatı münasibətilə müsəlman icması adından dərin hüznlə başsağlığı çatdırılıb.

Məlumata görə, başsağlığı ziyarətində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri, Gürcüstan İslam Araşdırmaları Mərkəzinin sədri, din xadimləri, Marneuli şəhərində yerləşən İmam Əli (ə) Məscidi, İmam Hüseyn (ə) Məscidi və Qızıl-Hacılı İmam Həsən (ə) Məscidinin axundaları və onların heyətləri iştirak ediblər.

Gürcüstan müsəlman icması mərhumun ruhuna rəhmət diləyərək, ailəsinə və bütün Gürcüstan xalqına səbir və dözüm arzulayıb.

Bizimlə əlaqə saxlayın