06 
Apr
2026
12:22
169

Kaxa Kaladze: İlham Əliyevin Gürcüstana səfəri çox vacibdir

Tbilisi meri Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini yüksək qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Kaladze bildirib ki, mövcud qlobal və regional gərginlik fonunda bu səfər xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Yaxın Şərqdəki mürəkkəb vəziyyət və dünyada gedən proseslər fonunda regionda sabitliyin qorunması prinsipial məsələdir.

“Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkə arasında münasibətlər çox önəmlidir və bu dostluq illərdir davam edir. Mövcud qlobal çağırışlar fonunda İlham Əliyevin Gürcüstana səfəri çox vacibdir. Regionda sülhün qorunması prinsipial əhəmiyyət daşıyır”, – deyə Kaladze qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri artıq başlayıb. Orbeliani Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Səfər çərçivəsində İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə həm təkbətək, həm də geniş tərkibli görüşləri planlaşdırılır. Görüşlərdən sonra liderlər birgə bəyanatlarla çıxış edəcəklər.

Bundan əlavə, İlham Əliyev Tbilisidə Qəhrəmanlar meydanında memorialı ziyarət edərək əklil qoyub və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edəcək.

Bizimlə əlaqə saxlayın