10 
Apr
2026
12:58
196

İranın ali lideri: Bu müharibə nəticəsində ölkəyə dəyən hər bir zərər üçün kompensasiya tələb edirik

İran dövlət televiziyası ölkənin ali lideri Möctəba Xameneyinin bəyanatını yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda Xameneyi İranı “qalib millət” adlandırıb.

Onun sözlərinə görə, İran Hörmüz boğazının idarə olunmasını yeni mərhələyə keçirəcək, lakin bu mərhələnin detalları açıqlanmayıb.

Bəyanatda həmçinin vurğulanıb ki, İran “öldürülmüş atasının və müharibədə həlak olan bütün şəxslərin qisasını almaqda qətiyyətlidir”.

“Bu müharibə nəticəsində ölkəyə dəyən hər bir zərər üçün kompensasiya tələb edirik, həmçinin bütün zərərçəkənlərə dəyən ziyanın ödənilməsini istəyirik”, – deyə bəyanatda bildirilir.

Eyni zamanda, Möctəba Xameneyi tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

“Sizin ictimai məkanda eşidilən səsləriniz danışıqların nəticəsinə təsir edir”, – deyə İranın ali lideri qeyd edib.

Bizimlə əlaqə saxlayın