Rusiya Dövlət Duması Putinin ölkə xaricində ordu istifadə etmək səlahiyyətlərini genişləndirən qanunu qəbul edib
State Duma Rusiya Prezidenti Vladimir Putinin ölkə hüdudlarından kənarda silahlı qüvvələrdən istifadə ilə bağlı səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu qəbul edib.
InterPress.ge xəbər verir ki, sənədi 384 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Dəyişikliklər “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara ediləcək.
Yeni normalara əsasən, Putin “Rusiya Federasiyası vətəndaşlarının müdafiəsi” məqsədilə xaricdə ordu istifadə edə biləcək. Bu, həmin şəxslərin xaricdə saxlanılması, həbs olunması və ya Rusiyanın iştirak etmədiyi məhkəmələr və Moskvanın tanımadığı beynəlxalq instansiyalar tərəfindən cinayət təqibinə məruz qalması hallarında mümkün olacaq.
Bundan əvvəl Rusiya prezidentinin xaricə qoşun göndərmək səlahiyyəti yalnız “Rusiyanın maraqlarına” və ya “ölkənin ictimai-hüquqi nizamının əsaslarına” zidd qərarlara cavab olaraq mümkün idi.
Dövlət Dumasında qanun layihəsi “qeyri-dost xarici dövlətlərin qanunsuz hərəkətlərindən Rusiya vətəndaşlarının müdafiəsinin gücləndirilməsi” tədbiri kimi təqdim olunub.


