25 
May
2026
11:44
168

İnterpolun 2027-ci il Avropa regional konfransı Gürcüstanda keçiriləcək

İnterpolun İspaniyanın Toledo şəhərində keçirilən 53-cü Avropa Regional Konfransında üzv ölkələrin səsverməsi nəticəsində növbəti – 54-cü regional konfransın 2027-ci ildə Gürcüstanda keçirilməsi qərara alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun açıqlamasına görə, qərar Gürcüstanın hüquq-mühafizə orqanlarının Avropa tərəfdaşları ilə səmərəli əməkdaşlığını, eləcə də beynəlxalq polis əməkdaşlığında ölkənin artan rolunu və etimadı bir daha təsdiqləyir.

Konfransda Gürcüstan tərəfdən Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini İrakli Dondoladze, Gürcüstan İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Qiorqi Bolotaşvili və Gürcüstan Daxili İşlər Nazirliyinin İspaniya Krallığındakı polis attaşesi Şalva Şubladze iştirak ediblər.

Səsvermədən əvvəl Gürcüstan nümayəndə heyəti iştirakçılara ölkə polisinin mütəşəkkil cinayətkarlıq və narkotik cinayətləri ilə mübarizə sahəsində əldə etdiyi nəticələr, beynəlxalq əməliyyatlarda uğurlu əməkdaşlıq və hüquq-mühafizə sisteminin müasir imkanları barədə məlumat verib.

2027-ci ildə Gürcüstanda keçiriləcək konfransda İnterpolun Baş Katibliyi və İcraiyyə Komitəsinin nümayəndələri, həmçinin Avropa regionu ölkələrinin hüquq-mühafizə qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, belə miqyaslı beynəlxalq polis tədbirinə ev sahibliyi etmək hüquq-mühafizə sahəsində tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək.

Bizimlə əlaqə saxlayın