Rikard Yozvyak: Ukraynanın Aİ-yə üzvlüyü üçün real müddət 10-15 ildir
“Azadlıq Radiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozvyak Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı səsləndirilən vaxt çərçivələrinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Rikard Yozvyak bu barədə sosial şəbəkədə paylaşım edərək Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bəyanatını şərh edib.
Yozvyakın sözlərinə görə, Ukraynanın Avropa İttifaqına qoşulması üçün 10-15 illik müddət Brüsseldə və Aİ-yə üzv ölkələrin paytaxtlarında əksəriyyət tərəfindən real hesab olunur.
“Bir çoxları Madyarın Ukraynanın 10-15 ildən sonra Avropa İttifaqına üzv olmağa hazır olacağı ilə bağlı fikrinə reaksiya verdi. Halbuki bu müddət əslində Brüsseldə və Avropa İttifaqının digər paytaxtlarında insanların əksəriyyətinin real hesab etdiyi dövrdür. Söhbət nə 2027-ci ildən, nə də 2030-cu ildən gedir. Real tarix 2030-cu illərdir”, – deyə Yozvyak yazıb.
Xatırladaq ki, Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, əgər Ukrayna qarşıdakı 10-15 il ərzində Avropa İttifaqına üzvlüklə bağlı 33 danışıqlar fəslinin hamısını uğurla bağlaya bilsə, Budapeşt hüquqi qüvvəyə malik referendum əsasında Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyəcək.


