07 
Iyn
2026
08:57
452

35 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Kobuleti bələdiyyəsinin Kvirike kəndində 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin məlumatına görə, gənc kişi elektrik xətlərinin quraşdırılması işlərini həyata keçirərkən onu elektrik cərəyanı vurub.

Hadisə nəticəsində kişinin həyatını xilas etmək mümkün olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır.

Həmin maddə dağ-mədən, tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da insan ölümünə səbəb olub.

Bizimlə əlaqə saxlayın