07 
Iyn
2026
19:09
140

Ermənistanda seçici fəallığı 48,92 faizə çatıb

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermənin başa çatmasına üç saat qalmış seçici fəallığı 48,92 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə erməni mediası Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər yayıb.

Komissiyanın açıqladığı rəqəmlərə görə, yerli vaxtla saat 17:00-a olan məlumata əsasən, seçici siyahılarında qeydiyyatda olan 2 503 976 nəfərdən 1 224 957-si səs verib.

Erməni mediasının yazdığına görə, bu göstərici əvvəlki seçkilərlə müqayisədə seçici fəallığının təxminən 11 faiz artdığını göstərir.

Paytaxt Yerevanda isə seçici fəallığı 48,52 faiz olub. Şəhərdə 412 168 seçici səsvermədə iştirak edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri üzrə səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.

Bizimlə əlaqə saxlayın