25 
Sen
2026
22:55
96

İmamquliyev Marneuli meri Daur İsmailova: “Bu şəkilə baxıb utanmırsınız?”

Siyasətçi Əhməd İmamquliyev Marneulidə yolların vəziyyəti ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, sakinlərin yolları öz imkanları hesabına təmir etdiyini bildirib və Marneuli bələdiyyəsinin rəhbərliyini tənqid edib.

InterPress.ge xəbər verir ki, İmamquliyev Marneuli bələdiyyəsinin meri Daur İsmailov və Marneulinin Sarvan tərəfdən bələdiyyə məclisinə seçilən deputatlarını tənqid edərək, onları sakinlərin yolları öz hesablarına təmir etməsinə diqqət yetirməyə çağırıb.

“Xalq-əhali özü öz imkanları ilə yolu yamayır. Ağlamalı vəziyyət olmasaydı, səsli-səsli gülərdim.

Marneuli bələdiyyəsinin təyin olunmuş meri Daur İsmailov və Marneulinin Sarvan (seçki dairəsi) tərəfindən bələdiyyə məclisinə saxtakarlıqla seçilmiş deputatlar, bu şəkilə baxıb utanmırsınız?

Tsereteli, Saimerlo (Orconikidze) və Tamarisidə elə bir küçə qalmadı ki, 3 və ya 5 dəfə asfalt örtüyü çəkilməsin.

Amma Marneulinin ən qədim, demək olar ki, şəhərin kökü qoyulan Sarvan tərəfdəki məhəllələrə bir kərə olsun hələ də asfalt çəkdirə bilmədiniz”, – deyə Əhməd İmamquliyev yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər