30 
Iyn
2026
11:17
57

İrakli Kobaxidze: Gənclər ölkəmizin gələcəyidir

“Gənclər ölkəmizin gələcəyidir.”

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanda jurnalistlərə açıqlamasında deyib.

Baş nazir "Gürcü Arzusu"nun Gənclər Təşkilatının yekun konfransı və regionlarda keçirilən görüşlərlə bağlı sualı cavablandırarkən bildirib ki, bu görüşlər hökumət üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu görüşlər bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki gənclər ölkəmizin gələcəyidir. Gələcəkdə bu ölkənin idarəçiliyini məhz onlar öz üzərinə götürəcəklər. Buna görə də hakimiyyətlə gənclər, hakim partiya ilə gənclər arasında sıx münasibət və dialoqun olması çox vacibdir.

Bizim üçün onların problemləri barədə məlumat almaq, qaldırdıqları məsələləri dinləmək və bu fikirləri nəzərə almaq olduqca önəmlidir.

Məhz buna görə də bu görüşlər ölkənin bütün bölgələrində keçirildi. Görüşlər çox maraqlı keçdi, gənclər tərəfindən çoxlu məsələlər qaldırıldı. Ən vacibi isə bu prosesin davam etməsidir. Gənclərlə sıx ünsiyyət və əməkdaşlıq davam etməlidir ki, onların fikirlərini daha çox eşidək və qaldırdıqları məsələləri mümkün qədər nəzərə alaq”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər