01 
Iyl
2026
18:17
145

Tea Çulukiani: Şarmanəşvilinin iştirakı ilə təsdiqlənən istintaq komissiyasının hesabatı sizə mane olur?

Gürcüstan parlamenti sədrinin müavini Tea Çulukiani "Lelo" Partiyasının üzvü Tazo Datunaşvilinin parlament çoxluğunun üzvü Tenqiz Şarmanəşvilini "iy verən meyit" adlandırmasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Tea Çulukiani bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Çulukiani paylaşımında "Lelo" nümayəndələrini Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin "istifadə etdikləri" adlandırıb və onların Tenqiz Şarmanəşvilinin iştirakı ilə hazırlanaraq təsdiqlənmiş parlamentin istintaq komissiyasının hesabatından narahat olduqlarını iddia edib.

"Kaş ki, cənab Tenqiz Şarmanəşvilinin səriştəsi və mədəniyyəti sizə də nəsib olaydı, bəlkə onda partiyanızdakı kişilər də özlərini kişi kimi aparardılar. Bu, anti-gürcü və biabırçı çıxışdır. Görəsən, Şarmanəşvilinin iştirakı ilə təsdiqlənən istintaq komissiyasının hesabatı boğazınızda qalıb? Həmin hesabatda Mixeil Saakaşvilinin biznesə təzyiq göstərmək üçün 'Lelo' nümayəndələrindən necə istifadə etdiyi əks olunub. Ümid edirəm ki, bu barədə çox yaxın zamanda Konstitusiya Məhkəməsində danışacaqsınız. Bunlar Saakaşvilinin istifadə etdikləridir", – deyə Tea Çulukiani bildirib.

Bizimlə əlaqə saxlayın