Kişilərin əhalinin əksəriyyətini təşkil etdiyi 15 ölkə və ərazi açıqlandı
Dünyanın əksər ölkələrində əhalinin cins bölgüsü demək olar ki, bərabər olsa da, bəzi dövlətlərdə kişilər əhalinin əhəmiyyətli hissəsini təşkil edir.
InterPress.ge xəbər verir ki, bu barədə Visual Capitalist tərəfindən Dünya Bankının 2023-cü il məlumatları əsasında hazırlanan reytinqdə qeyd olunub.
Reytinqə əsasən, siyahıya Qətər başçılıq edir. Bu ölkədə hər dörd sakindən təxminən üçü kişidir.
Araşdırmada bildirilir ki, Fars körfəzi ölkələrində müşahidə olunan bu demoqrafik fərqin əsas səbəbi xarici əmək miqrantlarının sayının çox olmasıdır.
Kişilərin əhalinin əksəriyyətini təşkil etdiyi 15 ölkə və ərazi:
-
Qətər – 72%
-
Birləşmiş Ərəb Əmirlikləri – 64%
-
Maldiv Adaları – 62%
-
Oman – 62%
-
Bəhreyn – 62%
-
Küveyt – 61%
-
Səudiyyə Ərəbistanı – 61%
-
Seyşel Adaları – 55%
-
Palau – 54%
-
Butan – 53%
-
Bruney-Darüssalam – 53%
-
Ekvatorial Qvineya – 53%
-
Qrenlandiya – 53%
-
Malayziya – 52%
-
Malta – 52%


