02 
Iyl
2026
11:29
61

Gürcüstandan 126 xarici ölkə vətəndaşı deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində son günlər ərzində 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin ümumilikdə 126 vətəndaşı ölkədən çıxarılıb.

Nazirliyin məlumatına görə, 2026-cı ilin ilk altı ayı ərzində Miqrasiya Departamenti tərəfindən 2 036 qeyri-qanuni miqrant Gürcüstandan deportasiya olunub. Bu göstərici ötən ilin ümumi nəticəsini əhəmiyyətli dərəcədə üstələyir.

Bundan əlavə, qeyd olunub ki, 2026-cı il iyulun 1-dən Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanununa edilmiş dəyişikliklərin bir hissəsi qüvvəyə minib.

Nazirliyin bildirdiyinə görə, yeni qaydalar müasir miqrasiya çağırışlarına cavab verir, miqrasiya proseslərinin daha səmərəli idarə olunmasına və dövlət təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Bizimlə əlaqə saxlayın