Marneuli, Bolnisi, Dmanisi və Tetritskaroda qaz kəsiləcək – 4 gün qaz olmayacaq
“Gürcüstan Qaz Nəqli Şirkəti” MMC Qırmızı Körpü–Tsalka–Axalkalaki magistral qaz kəmərinin 24,4 və 45,1-ci kilometrlərində planlaşdırılan yenidənqurma və reabilitasiya işləri aparacaq.
InterPress.ge xəbər verir ki, bununla əlaqədar 6 iyul saat 06:00-dan 9 iyul saat 09:00-dək Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro istiqamətlərində yerləşən qazpaylayıcı stansiyalar vasitəsilə təbii qaz alan abonentlərə qazın verilişi müvəqqəti dayandırılacaq.
Qaz təchizatı aşağıdakı yaşayış məntəqələrində dayandırılacaq:
Marneuli bələdiyyəsi: Ağqula, Marneuli şəhəri, İmir, Xixani, Tsereteli, İmircala, Böyük Muğanlı, Mirzovka, Qırmızı kənd, Lejbəddin, Baylar, Daştəpə, Keşəli, Saimerlo, Aşağı Saral, Alget şərabçılıq təsərrüfatı, Tamarisi, Təkəli, İlməzlı, Hallavar, Ambarovka, Dioknisi, Xançıqazlı, Yuxarı Saral, Qaçağan, Qırıxlı, Xidisquri, Yenikənd, Yuxarı Qular, Axılmahmudlu, Aşağı Qular, Araflı, Qasımlı, Dəmyə Görarxı, Ulaşlı, Sadaxlı, Beytərəfçi, Kirovka, Maradisi, Dəmyə, Ağməmmədli, Mollaoğlu, Quşçu, Copi, Baytallı, Sabirkənd, Xuldərə, Seyidqocalı, Əzizkənd, Burma, Hacısakənd, Şaumyan, Axlılələ, Baydar, Şülaveri, Təzəkənd, Cerakvi, Alget, Kürtlər və Sioni.
Dmanisi bələdiyyəsi: Qomareti, Qantiadi, Cavaxi, Tnusi, Şindili, Qızılkilsə, Dağaraxlı, İfnar, Yuxarı Qarabulağ, Yeni Qodağdağ, Aşağı Qarabulağ, Qızılacılı, Boslebi, Azkakliani, Maşavera, Böyük Dmanisi, Kiçik Dmanisi, Vardisubani, Dmanisi şəhəri, Aşağı Orozman, Yuxarı Orozman, Mtisdziri, Vake, Bazaqlı, Hamamlı, Məmişli, Səfərli, Tqispiri, Yırğançay, Pantiani, Dəllər, Yaqublu, Şahmarlı və Qəmərli.
Bolnisi bələdiyyəsi: Akaurta, Disveli, Vanati, Yuxarı Bolnisi, Msqneti, Ratevani, Raçisubani, Samtredo, Bolnisi kəndi, Aşağı Bolnisi, Xatissopeli, Bolnisi şəhəri, Kazreti qəsəbəsi, Baliçi, Tamarisi qəsəbəsi, Naxiduri, Parizi, Curtavi, Geta, Darvaz, Dzedzvnariani, Sipori, İtsria, Kianeti, Cavşanyani, Kveşi, Dzveli Kveşi, Potsxveriani, Çreşi, Tandzia və Xaxalçvari.
Şirkətin məlumatına görə, planlaşdırılan işlər başa çatdıqdan sonra təbii qazın verilişi abonentlərə mərhələli şəkildə bərpa olunacaq.


