Yaxın Şərqdə müharibə yenidən başladı
ABŞ İrana qarşı hərbi zərbələri yenidən başladığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.
Açıqlamada bildirilir ki, ABŞ Prezidentinin – Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə CENTCOM qüvvələri İrana qarşı əlavə zərbələr endirməyə başlayıb.
“Ali Baş Komandanın əmri ilə ABŞ Mərkəzi Komandanlığının qüvvələri İranın Hörmüz boğazında gəmiçilik azadlığına təhlükə yaratmaq imkanlarını daha da məhdudlaşdırmaq məqsədilə əlavə zərbələr endirməyə başlayıb. Birləşmiş Ştatlar İranı son dövrlərdə həyati əhəmiyyət daşıyan beynəlxalq sularda sərbəst hərəkət edən kommersiya gəmilərinə və mülki ekipajlara qarşı həyata keçirdiyi əsassız təcavüzə görə cavab verməyə məcbur edir”, – deyə CENTCOM-un bəyanatında qeyd olunub.


