09 
Iyl
2026
08:09
68

İran SEPAH-ı Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son hücumlarına cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi bazalarına zərbələr endirdiyini bəyan edib.

InterPress.ge xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Küveytdə yerləşən Arifjan və Əli Əl-Salem, eləcə də Bəhreyndə yerləşən Cüfeyr (Juffair) və Şeyx İsa ABŞ hərbi bazaları, həmçinin mühüm infrastruktur obyektləri hədəfə alınıb.

SEPAH bəyan edib ki, əgər ABŞ İrana qarşı yeni hücumlar həyata keçirərsə, cavab zərbələri regiondakı digər ABŞ hərbi bazalarını da əhatə edəcək.

Xatırladaq ki, bundan əvvəl Bəhreyn və Küveytdə partlayış səsləri və hava həyəcanı siqnallarının eşidildiyi barədə məlumatlar yayılmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər