CENTCOM: ABŞ İranın 90-a yaxın hərbi obyektinə zərbə endirib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı həyata keçirilən hərbi əməliyyatların daha bir mərhələsinin başa çatdığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, CENTCOM bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, ABŞ hərbi qüvvələri İranın sahil zolağı boyunca yerləşən təxminən 90 hərbi hədəfə zərbələr endirib.
Açıqlamada bildirilir ki, hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə obyektləri, raket və pilotsuz uçuş aparatlarının anbarları, hərbi dəniz qüvvələrinin imkanları və hərbi-logistika infrastrukturu yer alıb.
CENTCOM-un məlumatına əsasən, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə və mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək olub.


