09 
Iyl
2026
14:57
74

Kaxa Kaladze: “Bu gün Gürcüstanda biznes tamamilə azaddır və tikinti icazələri siyasi baxışlara görə verilmir”

Tbilisi meri Kaxa Kaladze bildirib ki, bu gün Gürcüstanda biznes fəaliyyəti üçün tam sərbəst mühit mövcuddur və hər bir şəxs siyasi baxışlarından asılı olmayaraq sərbəst şəkildə sahibkarlıqla məşğul ola bilər.

InterPress.ge xəbər verir ki, Kaladze bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, tikinti icazələrinin verilməsi siyasi mövqeyə əsasən həyata keçirilmir.

“Azad biznes mühitinin ən yaxşı nümunəsi Mamuka Xazaradzenin şirkətidir. Xazaradze “Pirveli” televiziya kanalını maliyyələşdirir, siyasətlə məşğuldur, eyni zamanda ölkənin iri tikinti şirkətlərindən birinə sahibdir və heç bir maneə olmadan fəaliyyətini davam etdirir. Bununla demək istəyirəm ki, siyasi baxışlarından asılı olmayaraq, istənilən biznes subyekti qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Heç kimə maneə yaradılmır”, – deyə Kaladze bildirib.

Tbilisi meri eyni zamanda Kazbeqi prospekti 32A ünvanında yerləşən yaşayış binasının möhkəmləndirilməsi işləri ilə bağlı suala da münasibət bildirib.

Onun sözlərinə görə, əgər hər hansı tikinti şirkəti meriyaya saxta və ya yanlış sənədlər təqdim edibsə, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olacaq.

“Cəmiyyəti yanlış məlumatlandırmaq istəmirəm. Müvafiq xidmətlərimiz tikinti prosesi ilə bağlı ətraflı məlumat təqdim edəcəklər. İqtisadiyyat Nazirliyinin rəsmi bazasında lisenziyalı şirkətlərin siyahısı yerləşdirilib və sənədlər həmin məlumatlar əsasında yoxlanılır. Mən 2017-ci ildən Tbilisi meriyəm və bu müddət ərzində atdığım bütün addımlara görə məsuliyyət daşıyıram. Əgər sənədlər düzgün təqdim edilməyibsə və göstərilən şirkət mövcud deyilsə, bu məsələ ilə müvafiq istintaq orqanları maraqlanacaqlar”, – deyə Kaxa Kaladze qeyd edib.

Bizimlə əlaqə saxlayın