10 
Iyl
2026
13:43
71

İrakli Kobaxidze: Gələcəkdə ölkənin idarəçiliyini gənclər öz üzərinə götürməlidir

“Bu gün partiyanın Gənclər Təşkilatının sədri və idarə heyətinin üzvləri ilə görüş keçirdim. Görüşdə regionlarda baş tutan görüşlərin nəticələrini və gələcək fəaliyyət planlarımızı müzakirə etdik”.

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” Partiyasının sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, görüş zamanı Gənclər Təşkilatının gələcək fəaliyyəti ilə bağlı konkret planlar müəyyənləşdirilib.

“Bu görüşdə bir çox məsələlər ön plana çıxdı. Eyni zamanda, Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı gələcək planlarımızı müzakirə etdik. Xüsusilə növbəti iki il ərzində bu istiqamətdə çox fəal işləyəcəyik. Konkret planlar müəyyənləşdirdik və aktiv fəaliyyət davam edəcək”, – deyə İrakli Kobaxidze bildirib.

Baş nazir gənclərin siyasətə marağı ilə bağlı suala cavabında qeyd edib ki, gənclərin marağı kifayət qədər böyükdür və bu istiqamətdə işin düzgün planlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

“Əlbəttə ki, maraq böyükdür. Gələcəkdə bu ölkənin idarəçiliyini məhz gənclər öz üzərinə götürməlidir. Buna görə də bu istiqamətdə fəaliyyətimizi düzgün planlaşdırmaq çox vacibdir. Bir daha qeyd edirəm ki, xüsusilə qarşıdakı iki il ərzində bu sahədə çox fəal işləyəcəyik”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Bizimlə əlaqə saxlayın