İrakli Kobaxidze: “Milli Hərəkat” müxalifət deyil, xarici agenturadır
“Bu detalların əslində heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, agentura dağılmış vəziyyətdədir. Bu, ümumiyyətlə müxalifət deyil, adi xarici agenturadır. Onlar xarici himayədarlarının qarşısında üstünlük qazanmaq uğrunda mübarizə apardıqları üçün bu rəqabətdə hətta illər əvvəl əldə etdikləri uğuru belə qoruyub saxlaya bilmirlər.”
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” Partiyasının sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Vahid Milli Hərəkat” Partiyasında baş verən daxili qarşıdurmanı şərh edərkən bildirib.
Kobaxidzenin sözlərinə görə, siyasi proseslər düzgün istiqamətdə inkişaf etsə də, “Vahid Milli Hərəkat”ın fəaliyyətinə müvafiq hüquqi qiymət verilməsi vacibdir.
“Proseslər düzgün istiqamətdə gedir, lakin bir daha qeyd edirəm ki, bu da kifayət deyil. Əsas məsələ odur ki, bu xəyanətkar və düşmən qüvvəyə, Gürcü xalqına və Gürcü dövlətinə qarşı düşmən münasibətdə olan bu qüvvəyə lazımi cavab verilsin. Bunun üçün cəmiyyətin seçkilərdə verdiyi cavab kifayət etmir. Buna mütləq hüquqi qiymət verilməlidir. Bu, agenturadır və agenturanın fəaliyyətinə, eləcə də onların təxribatlarına müvafiq hüquqi qiymət verilməlidir. Hakimiyyət bunun üçün əlindən gələni edəcək”, – deyə İrakli Kobaxidze bildirib.


