10 
Iyl
2026
13:56
24

İrakli Kobaxidze: Aleko Elisaşvilinin işi hüquqi qiymətləndirilməli və bütün proseslər sona çatdırılmalıdır

“Gürcü Arzusu” Partiyasının sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalif siyasətçi Aleko Elisaşvilinin işi ilə bağlı açıqlama verib.

InterPress.ge xəbər verir ki, Baş nazir Elisaşvilinin ağır cinayət törətdiyini, müxalifətin isə onu günahsız kimi təqdim etməsinin dövlətə münasibətdə təhlükəli yanaşmanı nümayiş etdirdiyini bildirib.

“Mən hamının bildiyini bilirəm. Bu şəxs konkret dövlət binasına daxil olub və onu yandırmağa cəhd edib. Bu, son dərəcə ağır cinayətdir. Belə bir şəxsin guya günahsız olduğunu iddia etmək agenturanın əsl simasını bir daha göstərir. O da bu kollektiv qüvvənin nümayəndələrindən biridir. Onların Elisaşvilinin bu əməlini cinayət hesab etməməsi göstərir ki, bütövlükdə bu agenturanın dövlətə münasibəti terror xarakteri daşıyır. Bir daha qeyd edirəm ki, buna müvafiq hüquqi qiymət verilməli və başlanmış bütün hüquqi proseslər sona çatdırılmalıdır”, – deyə İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, terror aktına cəhd ittihamı ilə həbs olunan müxalif siyasətçi Aleko Elisaşvilinin işi üzrə hökmün bu gün elan olunacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın